Cənubi Koreya səfiri: “Pxenyanı nüvə fəaliyyətlərindən çəkindirmək üçün yeganə yol sanksiyalardır”

Cənubi Koreya səfiri: “Pxenyanı nüvə fəaliyyətlərindən çəkindirmək üçün yeganə yol sanksiyalardır”
# 08 fevral 2016 14:14 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu deyib.

Səfir bildirib ki, Koreya hökuməti və beynəlxalq ictimaiyyət Şimali Koreyanı dialoq masasına əyləşdirmək və altıtərəfli danışıqlara cəlb etməklə bağlı müxtəlif təkliflər irəli sürüb, lakin Pxenyan bu təklifləri cavabsız qoyub.

“Nəticədə Şimali Koreya nüvə fəaliyyətini genişləndirmək üçün vaxt qazanıb. BMT Təhlükəsizlik Şurasında sanksiyaların qəbul edilməsi istiqamətində Koreya Respublikası səylərini əsirgəməməklə yanaşı, təzyiq göstərməyə davam edəcək və Şimali Koreyanın mövqeyini dəyişməkdən başqa heç bir seçimi qalmayacaq”, - deyə diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR