Çinin dövlət başçısı Səudiyyə Ərəbistanı, Misir və İrana səfər edəcək

Çinin dövlət başçısı Səudiyyə Ərəbistanı, Misir və İrana səfər edəcək
# 18 yanvar 2016 06:37 (UTC +04:00)

Türbət Bağırova-APA. Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin yanvarın 19-dan 24-dək Səudiyyə Ərəbistanı, Misir və İranda səfərdə olacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ÇXR xarici işlər nazirinin müavini Çjan Min bildirib. O bildirib ki, səfərlər zamanı görüşlərdə əsas müzakirə mövzusuterrorizmlə mübarizə olacaq. “Səudiyyə Ərəbistanı, Misir və İrana səfərləri zamanı ÇXR sədri Si Cinpin bir sıra beynəlxalq və regional məsələlər ətrafında fikri mübadiləsi aparacaq. Çin hər zaman terrorun istənilən növünün əleyhinə olub. Biz terrorun hər hansı millət və dinlə əlaqələndirilməsinin də tərəfdarı deyilik. Yaxın Şərq terror təşkilatları ilə mübarizə aparılan bir regiondur. Çin adıçəkilən dövlətlərlə bu sahədə əməkdaşlığı dərinləşdirməyə hazırdır” - deyə, nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR