Bakıda başı kəsilən şəxsin əmisi oğlu tərəfindən öldürüldüyü məlum olub - YENİLƏNİB

Bakıda başı kəsilən şəxsin əmisi oğlu tərəfindən öldürüldüyü məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 11 noyabr 2015 12:40 (UTC +04:00)

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bu gün səhər saatlarında Qara Qarayev 55 ünvanında bıçaqlanaraq və boğazı kəsilərək qətlə yetirilən şəxsin 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirov olması müəyyən edilib.

25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin E. Nəsirovun əmisi oğlu Elşən Nəzir oğlu Nəsirov olması müəyyən edilib və o tutulub.

İlkin məlumata görə, E. Nəsirov qısqanclıq zəminində əmisi oğlunu qətlə yetirib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

***

10.53

Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl törədilib.

Nizami Rayon Polis İdarəsindən APA-ya məlumatına görə, hadisə bu gün saat 10.30 radələrində Qara Qarayev 55 ünvanında qeydə alınıb. 25-30 yaşlarında kişi küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, həmçinin qətlə yetirilən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, qətlə yetirilən şəxsin başı kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR