İstanbulda FETÖ ilə əlaqəsi olan 95 polis işdən çıxarılıb

İstanbulda FETÖ ilə əlaqəsi olan 95 polis işdən çıxarılıb
# 22 avqust 2016 14:40 (UTC +04:00)

Bakı - APA. Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində İstanbul Polis İdarəsində çalışan 95 polis işdən uzaqlaşdırılıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, vəzifəsindən uzaqlaşdırılanlardan 5-i polis rəisi, 33-ü polis zabiti, 57-si isə polis əməkdaşıdır.

Polis sistemində FETÖ üzvlərinin aşkarlanması istiqamətində araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR