Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. TANAP-la hər 1000 kubmetr təbii qazın nəql olunması 70 dollara başa gələcək.
"APA-Economics" xəbər verir ki, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bildirib.
Baş direktor bildirib ki, TANAP-la nəql olunacaq hər 1000 kubmetr qaza görə Türkiyə büdcəsinə 5,95 dollar vergi ödəniləcək.
Qeyd edək ki, TANAP-ın səhmlərinin 58%-i SOCAR, 30%-i BOTAŞ, 12%-i isə BP şirkətinə məxsusdur.