Əhməd Davudoğlu: “İstanbulda baş vermiş terror aktı ilə əlaqədar daha 4 nəfər saxlanılıb”

Əhməd Davudoğlu: “İstanbulda baş vermiş terror aktı ilə əlaqədar daha 4 nəfər saxlanılıb”
# 13 yanvar 2016 18:33 (UTC +04:00)

Bakı-APA. İstanbulda baş vermiş terror aktı ilə əlaqədar daha 4 nəfər saxlanılıb.

APA-nın CNN Turk-ə istinadən verdiyi məlumata görə, bunu Türkiənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

“İstanbulda baş vermiş terror aktının araşdırılması çərçivəsində daha 4 nəfər saxlanılıb”, deyə Ə.Davudoğlu bildirib.

Onun sözlərinə görə, hazırda hadisə nəticəsində zərər çəkmiş 6 nəfər hələ də xəstəxanadadır.

Xatırladaq ki, yanvarın 12-də İstanbulda törədilmiş partlayış nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR