Millimizin Moldova ilə oyununun başlanma saatı açıqlanıb

Millimizin Moldova ilə oyununun başlanma saatı açıqlanıb
# 26 oktyabr 2015 14:09 (UTC +04:00)

Bakı – APA. Yığmamızın Moldova ilə noyabrın 17-də keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı və görüşün keçiriləcəyi stadion müəyyənləşib. Apasport.az saytı verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bununla da, millimizin üzvləri AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə oyundan sonra ikinci dəfə bu arenaya ayaq basacaqlar.

Qeyd edək ki, Azərbaycan – Moldova matçı saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR