“Avroqaz”ın prezidenti: Siyasət “Türk axını”nın reallaşmasına mane olmayacaq

“Avroqaz”ın prezidenti: Siyasət “Türk axını”nın reallaşmasına mane olmayacaq
# 23 oktyabr 2015 21:42 (UTC +04:00)

Bakı-APA. Hər hansı siyasi vəziyyət “Türk axını” layihəsinin reallaşmasına mane olmayacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Avroqaz” assosiasiyasının prezidenti Jertyan Lankorst bəyan edib.

“Mən narahat deyiləm. Əksinə, çox rahatam. Türkiyə Avropaya qaz tədarük edilməsində mühüm rol oynamaq niyyətində olduğunu qəti şəkildə bəyan edib ”, deyə J. Lankorst bildirib.

Qeyd edək ki, məlum hava insidentlərindən sonra Türkiyə prezidenti R.T.Ərdoğan bəyan etmişdi ki, Rusiya xarici siyasətində Türkiyədə atom enerjisi və təbii qaz sahəsində işgüzar maraqlarının mövcudluğunu unutmamalıdır. Bir qədər sonra tərəflər insidentin iki ölkə arasında əməkdaşlığa təsir göstərməyəcəyini ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR