İcbari Sığorta Bürosu iri məbləğdə kompensasiya ödənişi edib

İcbari Sığorta Bürosu iri məbləğdə kompensasiya ödənişi edib
# 27 oktyabr 2015 09:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) 25 650 manat məbləğində kompensasiya ödənişi həyata keçirib.

APA-Economics”in verdiyi xəbərə görə, 2014-cü oktyabrın 23-də saat 15:00 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu ərazisindən keçən 16-cı km-də baş vermiş yol-nəqliyyat hadisəsində dörd ailənin üzvlərinin xəsarət alması ilə əlaqədar İSB-yə müraciət daxil olub.

Büro tərəfindən bu hadisə üzrə üç ailənin hər birinin bir üzvünün ölməsi ilə əlaqədar 15 000 manat və həmin dörd ailənin digər üzvlərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar isə 10 650 manat məbləğində kompensasiya ödənişi Azərbaycan vətəndaşlarına 2015-ci il oktyabrın 26-da poçt vasitəsi ilə köçürülüb.

İSB 2012-2014-cü illər ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə” sığorta müqaviləsi olmayan avtobuslar tərəfindən törədilmiş 12 yol-nəqliyyat hadisəsi ilə bağlı ümumilikdə 76 313,64 manat məbləğində kompensasiya ödənişi həyata keçirib. Avtobusların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 13 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR