Konqoda əsgərin açdığı atəş nəticəsində yaşanan izdihamda 13 nəfər ölüb

Konqoda əsgərin açdığı atəş nəticəsində yaşanan izdihamda 13 nəfər ölüb
# 25 sentyabr 2016 11:59 (UTC +04:00)

Bakı-APA. Konqo Demokratik Respublikasının Beni şəhərində sərxoş əsgərin açdığı atəşdən sonra yaşanan izdiham nəticəsində 13 nəfər ölüb.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Beni şəhərinin meri Edmond Noni deyib ki, hər şey mülki geyimdə olan əsgərin 4 dəfə atəş açması ilə başlayıb.

İnsanlar vahiməyə düşərək qaçmağa başlayıblar və nəticədə 13 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR