Türkiyədə 648 hakim və prokuror saxlanılıb

Türkiyədə 648 hakim və prokuror saxlanılıb
# 11 avqust 2016 14:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. FETÖ terror təşkilatına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 550-si məhkəmə, 98-si isə inzibati qaydada olmaqla, 648 hakim və prokurorun saxlanılmasına qərar verilib.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Hakim və Prokurorlar Ali Şurasının qərarı ilə avqustun 10-da vəzifədən uzaqlaşdırılan hakim və prokurorlar FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR