İndoneziya prezidenti Azərbaycan dövlət başçısını rəsmi səfərə dəvət edib - YENİLƏNİB

İndoneziya prezidenti Azərbaycan dövlət başçısını rəsmi səfərə dəvət edib - <span style="color: red;">YENİLƏNİB
# 09 sentyabr 2016 12:17 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 9-da İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla İndoneziya arasında ikitərəfli əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə həmişə dəstək vermələrinin önəmini qeyd edən prezident iqtisadi, enerji, turizm və digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsinin istənilən səviyyədə olmadığını təəssüflə qeyd edən dövlət başçısı birgə səylər nəticəsində bu sahədə də irəliləyişlərə nail olmağın mümkünlüyünü deyib. İndoneziyanın turizm sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Dövlət başçısı turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi istiqamətində zəruri addımların atılmasının məqsədəuyğun olduğunu deyib. Dövlət başçısı daha çox indoneziyalının Azərbaycanla tanış olmalarında ölkəmizin maraqlı olduğunu vurğulayıb.

Prezident İlham Əliyev İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Öz növbəsində, Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq 10 partiyanı təmsil edən böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini vurğulayıb. O, Azərbaycan prezidentinin İndoneziyaya səfərinin ölkəsində böyük səbirsizliklə gözlənildiyini deyib və İndoneziya prezidentinin rəsmi dəvətini prezident İlham Əliyevə çatdırıb.

***

saat 10.55

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 9-da İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR