SOCAR Tbilisidə yeni xidmət mərkəzi açıb

SOCAR Tbilisidə yeni xidmət mərkəzi açıb
# 25 dekabr 2015 12:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Gürcüstanda fəaliyyət göstərən “SOCAR Georgia Petroleum” şirkəti Tbilisinin Vake rayonunun Çolokaşvili küçəsində yeni xidmət mərkəzini açıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, iki böyük xidmət mərkəzinin birləşməsi nəticəsində yaradılmış mərkəzdə müştərilərə universal operatorlar xidmət göstərəcəklər.

“SOCAR Georgia Petroleum”un məqsədi hər bir müştəriyə fərdi yanaşmanı təmin etmək, xoş atmosfer yaratmaq və yüksək keyfiyyətli xidmət göstərməkdir. Ötən il ərzində şirkətdə əhəmiyyətli dərəcədə dəyişikliklər baş vermiş, məhsulun və xidmətin keyfiyyəti yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR