İsmayıllıda evdə 13 kq narkotik, həyətdə isə 62 ədəd marixuana bitkisi aşkar edilib

İsmayıllıda evdə 13 kq narkotik, həyətdə isə 62 ədəd marixuana bitkisi aşkar edilib
# 17 sentyabr 2016 10:09 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov-APA. İsmayıllı rayonunda narkotik bitkilərin qanunsuz olaraq əkilib-becərilməsi, hazırlanması, saxlanılması və satışı ilə məşğul olan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Mican kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Elnur Amil oğlunun yaşadığı evin həyətinə baxış keçirilib.

Polis əməkdaşları oradan 62 ədəd dibçəklərdə yetişdirilən marixuana, eləcə də evin otaqlarından 13 kq 230 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Elnur Məmmədov tutularaq istintaqa təhvil verilib və barəsində cinayət işi açılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR