SOCAR: Hava şəraitinin sabit keçməsi itkin düşmüş neftçilərin axtarışlarının nəticə verəcəyinə ümidi artırır

SOCAR: Hava şəraitinin sabit keçməsi itkin düşmüş neftçilərin axtarışlarının nəticə verəcəyinə ümidi  artırır
# 14 dekabr 2015 09:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam etdirilir.

SOCAR-ın “Azneft” İstehsalat Birliyindən “APA-Economics”ə bildiriblər ki, saat 11:00-a olan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri axtarışlarda iştirak edir. Bundan başqa, axtarışlara FHN-in 1 təyyarəsi cəlb edilib.

Bildirilib ki, hava şəraitinin sabit olması axtarışların nəticə verəcəyinə ümidi artırır.

Bununla yanaşı, qeyd edilib ki, yataqdakı yanğını söndürmək hələ ki mümkün olmayıb, lakin bu istiqamətdə işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR