Azərbaycanın Polşadakı səfiri azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycanın Polşadakı səfiri azərbaycanlı tələbələrlə görüşüb
# 28 yanvar 2016 19:26 (UTC +04:00)

Bakı-APA. Yanvarın 22-də Azərbaycanın Polşadakı səfirliyində səfir Həsən Həsənovun Varşava universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, sözügedən görüşdə səfir Azərbaycan və Polşa əlaqələrinin tarixi və hazırkı vəziyyətindən bəhs edib, həmçinin 2015-ci ildə Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyəti haqqında ümumi məlumat verib.

Bununla yanaşı, səfir cari il üçün qarşıda duran vəzifələr haqqında, o cümlədən fevral ayında səfirlik tərəfindən təşkil olunacaq Xocalı soyqırımına həsr olunmuş tədbirə dair məlumat verib. Eyni zamanda cənab səfir tələbələri Azərbaycanın tarixi hadisələrinin, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və ölkəmizin mövqeyini Polşa ictimaiyyətinə düzgün şəkildə çatdırılması istiqamətində səyləri əsirgəməməyə və fəallıq nümayiş etdirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR