Dünya birjalarında qızıl 30 dollardan çox bahalaşıb

Dünya birjalarında qızıl 30 dollardan çox bahalaşıb
# 04 iyun 2016 08:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,18% - 17 807,06 bəndədək, S&P 500 0,29% - 2 099,13 bəndədək, NASDAQ 0,58% - 4 942,52 bəndədək azalıb.


APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,39% - 6 209,66 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,99% - 4 421,78 bəndədək, Almaniya DAX-ı 1,03% - 10 103,26 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 30,30 dollar bahalaşaraq 1 242,90 dollara, gümüş isə 0,42 dollar artaraq 16,44 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR