Vəkillər Taleh Bağırov və digərlərinin cinayət işi ilə tanış olublar

Vəkillər Taleh Bağırov və digərlərinin cinayət işi ilə tanış olublar
# 27 iyun 2016 09:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkillər “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun və digər 18 nəfər barəsində cinayət işinin materialları ilə tanış olublar.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, cinayət işinin materialları ilə tanışlıq başa çatıb. Vəkillər işlə bağlı vəsatətlər veriblər. Həmin vəsatətlərə istintaq orqanı tərəfindən münasibət bildirildikdən sonra iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR