Zaqatalada narkotik alverçisi həbs edilib

Zaqatalada narkotik alverçisi həbs edilib
# 30 mart 2016 07:14 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala sakini həbs edilib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1971-ci il təvəllüdlü Aydın Mahmud oğlu Heydərov şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə A. Heydərovun üzərindən 1,2 qram narkotik vasitə hesab edilən tiryək aşkarlanıb. A. Heydərovun ətrafında aparılmış əməliyyat-axtarış tədbiri zamanı onun idarə etdiyi “VAZ 21011” markalı 62 BX 903 dövlət nömrə nişanlı avtomobildən 4,5 qram, yaşadığı evdən isə 76,4 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR