ARGTMŞ-in təsis olunmasının 20-ci ildönümünə həsr olunmuş XIII qurultayı keçirilib - FOTOSESSİYA

ARGTMŞ-in təsis olunmasının 20-ci ildönümünə həsr olunmuş XIII qurultayı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 noyabr 2015 09:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsis olunmasının 20-ci ildönümünə həsr olunmuş XIII qurultayı keçirilib.


APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir.

A. Rəhimov gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün ipoteka sistemi, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradıldığını, gənclər təşkilatlarının və gənclərin qayğı ilə əhatə olunduğunu qeyd edib. Gənclər və idman naziri ARGTMŞ ötən dövrdə uğurla fəaliyyət göstərdiyini bildirib. A. Rəhimov ARGTMŞ-in gələcəkdə də uğurla fəaliyyət göstərəcəyinə inandığını söyləyib.

BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fuad Muradov ARGTMŞ-a fəaliyyətində uğurlar arzulayıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR