Bu gün PKK terrorçularının hücumu nəticəsində Türkiyə 10 hərbçisini itirib

Bu gün PKK terrorçularının hücumu nəticəsində Türkiyə 10 hərbçisini itirib
# 26 sentyabr 2016 16:48 (UTC +04:00)

Bakı-APA. Türkiyənin iki vilayətində PKK terrorçularının təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumu nəticəsində 10 hərbçi şəhid olub, bir neçə nəfər yaralanıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ilk hadisə Mardin vilayətinin Qızıltepe və Derik rayonları arasında törədilib. Yola döşənmiş partlayıcı qurğu təhlükəsizlik qüvvələrini daşıyan avtomobil keçərkən işə salınıb. Nəticədə 4 hərbçi həlak olub, 6 nəfərsə yaralanıb.

Bundan bir neçə saat sonra Şırnaq vilayətində terrorçular hərbçiləri hücum ediblər. Hərbçilərin postuna edilən hücum zamanı 6 hərbçi şəhid olub, bir hərbçi isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR