ABŞ-da sərnişin təyyarəsi tüstülənmə səbəbindən təcili eniş edib

ABŞ-da sərnişin təyyarəsi tüstülənmə səbəbindən təcili eniş edib
# 14 yanvar 2016 01:58 (UTC +04:00)

Bakı-APA. ABŞ-da Los-Anceles - Nyu-York marşrutu ilə uçan təyyarə Las-Veqas şəhərinin hava limanında təcili eniş edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub.

Sərnişin təyyarənin göyərtəsində 90 nəfərin olduğu bildirilir. Qeyd olunur ki, Las-Veqasda həyata keçirilən yoxlama zamanı hava gəmisində hər hansı nasazlıq qeydə alınmayıb.

Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR