Çempionlar Liqasında ilk 1/4 finalçı bəlli olub

Çempionlar Liqasında ilk 1/4 finalçı bəlli olub
# 09 mart 2016 20:13 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunu keçirilib.

APA-nın məlumatına görə, Peterburqun “Zenit” klubu Portuqaliyanın “Benfika” komandasını qəbul edib. 2:1 hesabı ilə qalib gələn Portuqaliya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Bu gün 1/8 finalın digər matçında Londonun “Çelsi” klubu öz meydanında Parisin PSJ komandasını qəbul edəcək. Paris klubu ilk görüşdə 2:1 hesabı ilə qələbə qazanıb.

“Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya) - 1:2

Qollar: Halk, 69 - Qaytan, 85, Talisca, 90+6

İlk oyun 0:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR