Bu gün Vyanada Lavrov-Kerri görüşü keçiriləcək

Bu gün Vyanada Lavrov-Kerri görüşü keçiriləcək
# 16 may 2016 13:27 (UTC +04:00)

Bakı – APA. Bu gün axşam saatlarında Vyanada Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə jurnalistlərə açıqlamasında bildirib ki, öncə Con Kerri ilə ikitərəfli görüş olacaq, sonra isə Suriyaya dəstək beynəlxalq qrupun görüşü keçiriləcək.

Qeyd edək ki, isə Suriyaya dəstək beynəlxalq qrupunun nazirlər səviyyəsindəki görüşü sabah Vyanada baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR