Nyu-Yorkda partlayıcı olduğu ehtimal edilən üçüncü qurğu aşkarlanıb

Nyu-Yorkda  partlayıcı olduğu ehtimal edilən üçüncü qurğu aşkarlanıb
# 18 sentyabr 2016 09:35 (UTC +04:00)

Bakı-APA. ABŞ polisi Nyu-Yorkda partlayıcı qurğu olduğu ehtimal edilən üçüncü qurğu aşkarlayıb.

APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Nyu-Yorkda dünən axşam partlayış baş verib. Partlayış əhalinin sıx olduğu Çelsi rayonunda, çoxlu sayda mağaza, restoran, bar, gey-klubların olduğu küçədə törədilib. Partlayış nəticəsində 29 nəfər yaralanıb, onlardan birinin durumu ağırdır. Təhqiqatçıların partlayışın öncədən planlaşdırılmış akt olduğunu bildiriblər. Araşdırma zamanı hadisə yerində ikinci şübhəli qurğu aşkarlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR