Malena Mard Milli Məclisin Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərarını şərh edib

Malena Mard Milli Məclisin Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərarını şərh edib
# 01 oktyabr 2016 12:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. "Şadam ki, dünən Azərbaycan Milli Məclisi Avronestə qayıtmaqla bağlı məsələni nəzərdən keçirmək haqqında qərar qəbul etdi".

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Diplomat bildirib ki, Azərbaycanda səfərdə olan Avropa parlamentariləri azərbaycanlı həmkarları ilə işləməkdə maraqlı olduqlarını açıq bildiriblər.

"Avropa İttifaqı Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır. Ümid edirəm ki, yaxın vaxtlarda bu, qanunvericilik müstəvisində də əks olunacaq", - deyə xanım Mard qeyd edib.

Azərbaycan Milli Məclisinin dünənki iclasında Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR