Lənkəran sakini narkotik satarkən tutulub - VİDEO

Lənkəran sakini narkotik satarkən tutulub - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2015 11:21 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran sakini narkotik vasitə satarkən yaxalanıb.

APA-nın cənub bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Tahir Şəmsəddin oğlu Babayev 100 ədəd kibrit qutusunda ümumilikdə 319,78 qram çəkidə narkotik vasitə olan marixuananı satarkən tutulub.

Faktla Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR