ARDNF-nin Kosta-Rikaya investisiya imkanları müzakirə edilib

ARDNF-nin Kosta-Rikaya investisiya imkanları müzakirə edilib
# 19 oktyabr 2015 14:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini İsrafil Məmmədov ilə Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz arasında görüş keçirilib.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, İ. Məmmədov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Kosta-Rika arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ARDNF-nin bu ölkəyə investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR