Bakıda ölümlə nəticələnən yol qəzası törədən avtobus sürücüsü axtarışa verilib

Bakıda ölümlə nəticələnən yol qəzası törədən avtobus sürücüsü axtarışa verilib
# 24 fevral 2016 11:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan hüquq-mühafizə orqanları daha bir nəfəri beynəlxalq axtarışa verib.

APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Telman Allahverdiyev yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, T. Allahverdiyev 2015-ci ildə avtobus qəzası törədib. Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovun idarə etdiyi VAZ 21011 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində R. İsmayılov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR