Mədəniyyət və turizm naziri Siyəzəndə vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Siyəzəndə vətəndaşları qəbul edəcək
# 25 yanvar 2016 15:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri yanvarın 28-də Siyəzəndə vətəndaşların qəbulunu keçirəcək. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Siyəzən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlamaları xahiş edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR