Rusiya MSK sədri Azərbaycanda parlament seçkilərini izləmək üçün Bakıya gələcək

Rusiya MSK sədri Azərbaycanda parlament seçkilərini izləmək üçün Bakıya gələcək
# 14 oktyabr 2015 16:29 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün Bakıya gələcək.

APA-nın Moskva müxbirinin verdiyi xəbər\ görə, bu barədə V. Çurov özü məlumat verib:

“Müxtəlif missiyalar tərkibində Azərbaycanda parlament seçkilərini izləməyə hazırlaşırıq. Bu bizim yaxın vaxtlar üçün planlarımızdır”,- deyə o bildirib.

V. Çurov əlavə edib ki, noyabrın 1-də keçiriləcək seçkilərdə fərqli cəhət odur ki, ATƏT missiyası müşahidə aparmayacaq: “ATƏT sədrinin Azərbaycana müşahidə missiyasını göndərməmək qərarı qeyri-qanunidir. Bu qərar qurumun sənədlərinə uyğun deyil. Bu onun şəxsi qərarı olub. Seçkilərdə digər missiyalar müşahidələr aparacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR