Türkiyənin Ərdahan Universitetinin rektoru Bilik Fondunda olub

Türkiyənin Ərdahan Universitetinin rektoru Bilik Fondunda olub
# 10 noyabr 2015 09:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyənin Ərdahan Universitetinin rektoru, professor Ramazan Korkmaz Bilik Fondunda olub.

Fonddan APA-ya verilən məlumata görə, prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixli ““Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən silsilə tədbirlər keçirilir. Prezident yanında Bilik Fondu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Epos və etnos” Beynəlxalq Simpoziumunda iştirak etmək üçün Bakıda səfərdə olan Ərdahan Universitetinin rektoru, professor Ramazan Korkmazla Bilik Fondunda görüş keçirilib. Fondun icraçı direktor Oktay Səmədov Bilik Fondunun fəaliyyəti, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Maarifləndiricilik işinin əhəmiyyətini vurğulayan Ramazan Korkmaz Bilik Fondu ilə Ərdahan Universiteti arasında qurula biləcək əlaqələrdən danışıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qonağa Bilik Fondunun hədiyyəsi təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR