ABŞ-ın Azərbaycandakı səfiri Naxçıvana səfər edib

ABŞ-ın Azərbaycandakı səfiri Naxçıvana səfər edib
# 08 sentyabr 2016 21:01 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu-APA. Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Naxçıvan Muxtar Respublikasına səfər edib.

APA-nın məlumatına görə, R. Sekuta Naxçıvan şəhərində Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.

ABŞ səfir “Xan Sarayı” Dövlət Tarixi-Memarlıq, Möminə Xatun türbəsi, Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvan Dövlət Xalça Muzeyi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olub. Səfər çərçivəsində bu gün R. Sekuta Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. V. Talıbov görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirib. ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin sədri Robert Sekutanın səfərinin əhəmiyyətini qeyd edib.

Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən R. Sekuta Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. ABŞ səfiri səfərinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əsas ərazisindən təcrid olunan Naxçıvan Muxtar Respublikası ilə yaxından tanışlıq məqsədi daşıdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR