Gəncədə 21 yaşlı qız atasının avtomobilini qaçıraraq qəza törədib

Gəncədə 21 yaşlı qız atasının avtomobilini qaçıraraq qəza törədib
# 12 sentyabr 2015 14:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda avtomobil aşıb, bir nəfər xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Həsənli Aydan Zöhrab qızı atasına məxsus “Hyunday” markalı avtomobili qaçıraraq magistral yolla hərəkət edərkən maşını aşırıb. Qəza zamanı A. Həsənli müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR