Nazir: "Neft 2035-ci ilə kimi dominant enerji növü kimi qalacaq"

Nazir: "Neft 2035-ci ilə kimi dominant enerji növü kimi qalacaq"
# 11 mart 2016 10:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Dünya bazarında neftin qiyməti bir çox faktordan asılıdır. Burada iqtisadi, siyasi, nəqliyyat faktorları var. Kimsə desə ki, neftin qiymətinin sabahan artacağını 100 faiz bilir, mən ona yenə inanmaram. Getsin birjada oynasın. Bəzi ekspertlər deyirlər ki, bu, kimlərəsə qarşı olan siyasi oyunlardır. Ola bilər. Amma bunun uzun müddət davam etməsi mümkün deyil. Ona görə ki, neftin maya dəyəri var və qiymət maya dəyərindən aşağı ola bilməz".

APA-nın məlumatına görə, bunu energetika naziri Natiq Əliyev deyib.

Nazir bəzi şirkətlərin neft hasilatını azaltdığını bildirib: "Bu isə o deməkdir ki, gələcəkdə neft ehtiyatları da azalacaq. İqtisadi artım olduqca isə neftə və enerjiyə tələbat da artacaq. 2035-ci ilə kimi elektrik enerjisinin qiymətinin də 35 faiz artması gözlənilir. Lakin 2035-ci ilə kimi neft dominant enerji növü kimi qalacaq. Tələbat artıqca, neftin qiyməti də qalxacaq. Bu gün nefti tapmaq, istehsal etmək, çatdırmaq çətin məsələdir, get-gedə xərclər də artır. Maya dəyəri artdıqca neftin qiyməti də artacaq. Son vaxtlar bu artımı müşahidə edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR