Necdət Ünüvar Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

Necdət Ünüvar Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib
# 27 may 2016 09:56 (UTC +04:00)

Bakı-APA. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Necdət Ünüvar 28 may - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın məlumatına görə, N. Ünüvar təbrik mesajında Nuru Paşanın və türk əsgərlərinin Bakının işğaldan azad edilməsində iştirakını xatırladıb, Türkiyə və Azərbaycan xalqlarının münasibətlərinin bu gün də yüksək səviyyədə olduğunu vurğulayıb. O, bütün maneələrə baxmayaraq, Türkiyə və Azərbaycanın dünyanın parlayan iki ölkəsi olmağa davam edəcəyini bildirib və Respublika Günü münasibətilə təbriklərini çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR