Yunanıstan xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayır

Yunanıstan xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayır
# 02 fevral 2016 07:08 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Yunanıstanın xarici işlər naziri Nikos Kotzias bu gün Bakıya rəsmi səfərə gəlir.

APA-nın Yunanıstan Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, N. Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarovla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Görüşlərdən sonra mətbuat konfransı olacaq.

Fevralın 3-də Yunanıstan xarici işlər naziri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, parlamentin sədri Oqtay Əsədov, Yunanıstan-Azərbaycan dostluq qrupunun həmsədri Natiq Əliyevlə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR