“Nar” və “Rabitə” idman klubu tərəfdaşlıq müqaviləsi imzalayıb

“Nar” və “Rabitə” idman klubu tərəfdaşlıq müqaviləsi imzalayıb
# 22 dekabr 2015 12:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” Olimpiya, Dünya və Avropa oyunları kimi müxtəlif beynəlxalq yarışların qaliblərini yetişdirmiş idman klubunun rəsmi tərəfdaşı olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirən “Rabitə” idman klubunun yetişdirməsi olan Azərbaycan idmançıları Olimpiya oyunları, Dünya və Avropa çempionatları, eləcə də Azərbaycan birinciliklərində yüksək nəticələr göstərərək, müxtəlif uğurlara imza atıblar. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2010-cu ildə təsis edilmiş “Rabitə” idman klubunun yeniyetmə, gənc və böyüklərdən ibarət boksçuları 5 illik dövr ərzində müxtəlif beynəlxalq turnirlərdə 77-si qızıl, 57-si gümüş və 103-ü bürünc olmaqla, 237 medal qazanaraq yüksək nəticə göstəriblər.

Bu il Bakıda keçirilmiş I Avropa oyunlarının yeganə telekommunikasiya tərəfdaşı olmuş “Nar” hər zaman müxtəlif idman növlərinin inkişafına öz töhfəsini verir və vacib idman yarışlarının dəstəkçisi qismində çıxış edir. Qələbələrlə zəngin tarixi olan və Olimpiya oyunları kimi mötəbər idman yarışlarının qaliblərini yetişdirən “Rabitə” idman klubu ilə əməkdaşlıq məhz bu strategiyanın davamıdır.

“Nar” milli idmanı dəstəkləməyə davam edir və Azərbaycan idmançılarının ən yüksək zirvələri fəth edəcəklərinə inanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR