Heydər Əliyev İstanbulda anılıb

Heydər Əliyev İstanbulda anılıb
# 12 dekabr 2015 12:05 (UTC +04:00)


İstanbul. Mayis Əlizadə - APA. İstanbulda Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

APA-nın məlumatına görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkil etdiyi mərasim Sarıyer rayonundakı Heydər Əliyev adına parkda baş tutub. Baş konsulluğun əməkdaşlarının, Türkiyədəki bəzi vəqf və dərnək rəhbərlərinin, Azərbaycan icmasının nümayəndələrinin və tələbələrin iştirak etdiyi mərasimdə H. Əliyevin parkda ucaldılmış heykəlinin önünə əklillər və gül-çiçək dəstələri qoyulub.

Mərasim iştirakçıları daha sonra eyni parkın başqa guşəsində yerləşən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstünü ziyarət ediblər. Türkiyədə fəaliyyət göstərən böyük şirkətlər, QHT-lər və tanınmış şəxslər mərasimə çələng göndəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR