Türkiyənin iri şirkətləri Azərbaycandakı özəlləşdirmə prosesi ilə maraqlanır

Türkiyənin iri şirkətləri Azərbaycandakı özəlləşdirmə prosesi ilə maraqlanır
# 05 avqust 2016 13:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Türkiyənin iri şirkət və holdinqləri Azərbaycandakı özəlləşdirmə prosesi ilə çox yaxından maraqlanır.


"APA-Economics" xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selcuk Akat deyib.

"Proqram açıqlandıqdan sonra Türkiyədən Azərbaycana çox böyük sərmayələr yatırıla bilər", - deyə sədr qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun isə bildirib ki, ölkəsi iqtisadi şaxələndirmə dövründə prioritet sahələr çərçivəsində Azərbaycanla iş birliyini daha da dərinləşdirmək niyyətindədir: "Azərbaycanda özəlləşdirmə ilə bağlı çox önəmli işlər gedir. Bir il ərzində Azərbaycanda özəlləşdirmə proqramı açıqlanarsa, biz Türkiyənin, eləcə də Türkiyədə fəaliyyət göstərən xarici ölkə sərmayəçilərini də bu barədə məlumatlandıra bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR