Sarkisyan Ermənistan ordusunun itkilərinin bir hissəsini etiraf edib

Sarkisyan Ermənistan ordusunun itkilərinin bir hissəsini etiraf edib
# 02 aprel 2016 19:01 (UTC +04:00)

Bakı – APA. Ermənistan prezidenti Serj Sarkisyan bu gün Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistan ordusunun məruz qaldığı itkilərin bir hissəsini etiraf edib.

APA-nın “armtoday” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan Təhlükəsizlik Şurasının iclasında çıxışında 18 nəfər itirdiklərini, 35-ə yaxın yaralılarının olduğunu bildirib.

S. Sarkisyan XİN-ə Ermənistan və “DQR” arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanması üçün hazırlıqlar aparılmasını və müvafiq layihənin parlamentə təqdim edilməsini tapşırıb.

Qeyd edək ki, bəzi erməni saytlarında Ermənistan ordusunun itkilərinin 100-dən çox olması barədə məlumatlar yayılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR