İsveçin xarici işlər naziri bu gün Azərbaycana işgüzar səfərə gəlir

İsveçin xarici işlər naziri bu gün Azərbaycana işgüzar səfərə gəlir
# 09 fevral 2016 08:14 (UTC +04:00)

Bakı - APA. İsveç Krallığının xarici işlər naziri, xanım Marqot Vallström 9-10 fevral tarixində Azərbaycana işgüzar səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Marqot Vallströmün fevralın 10-da xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR