Çay evində soyğunçuluq edən şəxs yaxalanıb

Çay evində soyğunçuluq edən şəxs yaxalanıb
# 16 noyabr 2015 09:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda çay evində soyğunçuluq hadisəsi törədən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail rayon 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 25-də Zorge küçəsində yerləşən çay evində Babək rayon sakini Eyyub Yaqubovu döyərək, 45 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Rakif Xəlilov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR