Kukla Teatrının “Oyuq” teatr-studiyası xeyriyyə konsert-tamaşası ilə çıxış edəcək

Kukla Teatrının “Oyuq” teatr-studiyası xeyriyyə konsert-tamaşası ilə çıxış edəcək
# 16 oktyabr 2015 13:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası xeyriyyə konsert-tamaşası ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, balaca teatr həvəskarları həmyaşıdlarını 9 noyabr – Dövlət Bayrağı günü münasibətilə öz ətraflarına toplayacaqlar.

UNİMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə noyabrın 5-ə təsadüf edəcək bayram tədbirində balaca istedadların ifasında “Yatmış gözəl” adlı tamaşa təqdim olunacaq. Dünya ədəbiyyatından məşhur əsər əsasında yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi və Cəmilə Allahverdiyevanın quruluş verdiyi 2 saatlıq tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanlarının vəhdətdə təqdimatı nəzərdə tutulur.

Tamaşanın ardınca balacaların ifasında rəngarəng konsert proqramı təqdim olunacaq.

Proqramda studiyanın fəalları Aylin Nəcəfli, Selcan Müseyibova, Tunar İsa, Nazim Hacıyev, Aydan Əhmədova, İlham Qasımov, Nigar Xanmirzəyeva, Miryaqub Seyidov, Ömür Səfərəliyeva və Nuray Əkbər çıxış edəcək.

Xeyriyyə konsert-tamaşasına Bakının internat məktəbi və uşaq evlərindən balacalar da dəvət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR