Türkiyə vətəndaşına məxsus mağazadan oğurluq edən qadın saxlanılıb

Türkiyə vətəndaşına məxsus mağazadan oğurluq edən qadın saxlanılıb
# 15 mart 2016 09:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Türkiyə vətəndaşına məxsus mağazadan oğurluq edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Qalib İsmayılova və martın 5-də Türkiyə vətəndaşı Aksu Metinə məxsus mağazalardan oğurluq etmiş Ağsu rayon sakini Tehran Bədəlov və Yevlax rayon sakini Nargilə Hüseynova tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR