Goranboyda yaşayış evində partlayış olub, bir ailənin 4 üzvü yaralanıb

Goranboyda yaşayış evində partlayış olub, bir ailənin 4 üzvü yaralanıb
# 21 oktyabr 2015 10:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Goranboyda yaşayış evində partlayış olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 20-də saat 08 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qeydə alınıb. Kəlbəcər rayon sakini İnqilab Qasımovun kirayədə yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə 1 otağın tavanı dağılıb, yanıq xəsarəti alan İ.Qasımov, arvadı Şəbnəm, qızı Yaqut və oğlu İsa xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR