Pakistanda törədilən partlayışa görə məsuliyyəti "Taliban" öz üzərinə götürüb

Pakistanda törədilən partlayışa görə məsuliyyəti "Taliban" öz üzərinə götürüb
# 27 mart 2016 21:09 (UTC +04:00)

Bakı-APA. Pakistanın Lahor şəhərində baş vermiş partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı ilə əlaqəli olan silahlılar öz üzərinə götürüb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

Terrorçu-kamikadze tərəfindən parkda törədilən partlayış nəticəsində 65 nəfər ölüb, 280 nəfər yaralanıb.

Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR