II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək
# 24 avqust 2016 14:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 15-24 sentyabr tarixində “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq. Festivala Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərindən teatr kollektivlərinin qatılacağı gözlənilir.

I Şəki Beynəlxalq Teatr Festivalı 2014-cü ilin sentyabrında gerçəkləşib. Budəfəki festivalda Azərbaycanın 5 teatrı - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrı, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin (Dubay) teatrları iştirak edəcək. Festivalın bəzi tamaşaları Bakıda və Mingəçevirdə nümayiş olunacaq.

Festival çərçivəsində Azərbaycan peşəkar milli teatrının 144-cü mövsümünün açılışı keçiriləcək. Mərasimdə Şəki Dövlət Dram Teatrının foyesində səyyar sənət sərgisi nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR