Neftçilər Xəstəxanasında müalicə olunan 2 neftçi bu gün evə buraxılacaq

Neftçilər Xəstəxanasında müalicə olunan 2 neftçi bu gün evə buraxılacaq
# 08 dekabr 2015 08:19 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan 13 neftçinin vəziyyəti stabildir".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktor müavini Nadir Mehdiyev deyib.

O bildirib ki, hazırda xəstəxanada neftçilərin müalicəsi davam etdirilir, onların səhhətində ciddi problem yoxdur: "Bu gün Mərdan Abbasov və Ənvər Əliyev səhhətləri normal olduğuna görə evə buraxılacaqlar. Ambulator müalicəyə buraxılan neftçilərin əksəriyyəti dünən yenidən müayinə olunaraq evə buraxılıblar. Hesab edirəm ki, neftçilərdən heç birinin səhhətində narahatlığa səbəb olacaq vəziyyət yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR