"Fitch": "Unibank" devalvasiyadan sonra bütün normativ tələblərə cavab verir

"Fitch": "Unibank" devalvasiyadan sonra bütün normativ tələblərə cavab verir
# 25 dekabr 2015 07:44 (UTC +04:00)

Bakı - APA-Economics. Son günlərdə Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı "Fitch" beynəlxalq reytinq agentliyi ölkə banklarının reytinqinə yenidən baxıb.

Bankdan "APA-Economics"ə verilən xəbərə görə, beynəlxalq reytinq agentliyi "Unibank"ın reytinqini əvvəlki səviyyədə təsdiqləyib.

"Fitch" ekspertləri vurğulayır ki, bank devalvasiyadan sonra bütün normativ tələblərə cavab verir. Qeyd edək ki, beynəlxalq agentliyin dəyərləndirməsinə görə, bankın bu il üçün reytinqi B səviyyəsində müəyyənləşdirilmişdi.

Beynəlxalq reytinq agentliklərinin ekspertləri Azərbaycanın öndə gedən banklarından biri olan "Unibank"ın reytinqinin yenilənməsinin maliyyə göstəricilərinin gələcək sabit artımından asılı olacağını bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR